AZ

Xidmət keyfiyyətini yüksəltdik və beynəlxalq standartlara uyğun idarəetmə modeli qurduq - Bəxtiyar Məmmədov

“DOST Çağrı Mərkəzi 142”nin fəaliyyətində məni ən çox fəxr etdirən uğurlardan biri xidmət keyfiyyətinin sistemli şəkildə yüksəldilməsi və beynəlxalq standartlara uyğun idarəetmə modelinin qurulmasıdır. İnteraktiv səsli menyunun (IVR) istifadəyə verilməsi və mütəmadi təkmilləşdirilməsi, eləcə də zənglərin cavablandırılmasında vahid yanaşmanın tətbiqi məqsədilə skript mətnlərinin hazırlanaraq xüsusi platformaya inteqrasiyası nəticəsində vətəndaşların gözləmə və danışıq müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Bu isə həm əməliyyat səmərəliliyini artırmış, həm də vətəndaş məmnunluğuna müsbət təsir göstərmişdir.

Bu fikirləri “DOST Çağrı Mərkəzi 142”nin direktoru Bəxtiyar Məmmədov “İki sahil”ə müsahibəsində vurğulayıb.

O, bildirib ki, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və idarəetmə proseslərinin beynəlxalq tələblərə uyğun qurulması məqsədilə müvafiq ISO standartları üzrə sertifikatlaşdırma prosesi uğurla həyata keçirilmişdir. Nəticədə ISO 9001:2015 (Keyfiyyət idarəetmə sistemi), ISO 10002:2018 (Müştəri məmnuniyyəti və şikayətlərin idarə olunması), ISO 18295-2:2017 (Çağrı mərkəzləri üçün idarəetmə sistemi) və ISO 37001:2016 (Rüşvətxorluğa qarşı idarəetmə sistemi) üzrə sertifikatların əldə olunması Mərkəzin fəaliyyətinin şəffaf, sistemli və beynəlxalq standartlara uyğun qurulduğunu təsdiq edir. Bu nəticələr həm komandamızın peşəkarlığının, həm də vətəndaş yönümlü xidmət strategiyamızın real göstəricisidir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
42
ikisahil.az

1Mənbələr