BAKI, 6 mart. TELEQRAF
UEFA martın 27-də Qətərin Lusail şəhərində keçirilməsi planlaşdırılan "Finalissima" matçı ilə bağlı rəsmi mövqeyini açıqlayıb.
Teleqraf xəbər verir ki, qurum Yaxın Şərqdəki gərginlik səbəbindən İspaniya və Argentina yığmaları arasındakı qarşılaşmanın məkanının dəyişdirilməsi ilə bağlı yayılan iddiaları təkzib edib.
Məlumata görə, hazırda alternativ məkan nəzərdən keçirilmir və yerli təşkilatçılarla oyunun uğurla keçirilməsi üçün müzakirələr davam edir. Bununla belə, regiondakı hərbi-siyasi vəziyyətlə əlaqədar yekun qərarın gələn həftənin sonunadək veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Lusail" stadionunda keçiriləcək bu qarşılaşmanın bütün biletləri artıq satılıb.