“Barselona” müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi “Hamburq”da icarədə çıxış edən, hüquqları “Tottenhem”ə məxsus Luka Vuşkoviçlə maraqlanır.
19 yaşlı xorvat futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparılıb.
Onun London klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir.