Xəbər verdiyimiz kimi, müğənni Kamil Səmədov faciəli yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
NOCOMMENT.az -ın məlumatına əsasən, hadisə gecə saatlarında baş verib. Müğənninin telefonuna zəng gəldiyi üçün o, idarə etdiyi avtomobili yol kənarında saxlayaraq maşından düşüb və telefonla danışmağa başlayıb.
Bu zaman yüksək sürətlə hərəkətdə olan KamAZ markalı yük avtomobili onu vurub. Ağır zərbə nəticəsində müğənni hadisə yerində həyatını itirib.
Bildirilir ki, hadisə zamanı sənətçinin oğlu da avtomobildə olub və ön oturacaqda əyləşibmiş. Məlumata görə, oğlu yanında olduğu üçün telefon danışığını maşından kənarda etmək istəyən müğənni avtomobildən düşüb.
Qəzanın güclü zərbəsi nəticəsində mərhumun baş nahiyəsi ciddi zədələnib. Kamil Səmədov hadisə yerində dünyasını dəyişib. Mərhum müğənni dəfn edilib.
Aliyə
NOCOMMENT.az