AZ

4 komandaya texniki məğlubiyyət verildi

style='margin-bottom:10px;'>

AFFA Region Liqasında mübarizə aparan "Sabirabad", "Murov Kəlbəcər"ə, U-15 Liqasında yarışan ROFM-i və U-13 Liqası komndalarından "Ərgünəş"ə təxniki məğlubiyyət verib.

QOL.az-ın məlumatına görə, AFFA İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

Fevralın 28-də AFFA Region Liqasında keçirilməli olan "Sabirabad" FK - "Olimpik Sabirabad" oyununun "Sabirabad" FK-nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni çempionatda martın 1-də keçirilməli olan "Mərcanlı" FK - "Murov Kəlbəcər" FK oyunu "Murov Kəlbəcər"in təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün bu komanda da 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

U-15 Liqasında keçirilməli olan ROFM - "Xocalı" FK oyunu ROFM0ın ev sahibi olaraq təcili tibbi yardım və ya həkim briqadası ilə təmin etmədiyinə görə baş tutmadığı üçün ROFM texniki məğlubiyyət alıb.

AFFA U-13 Liqası təmsilçilərindən "Ərgünəş" FK isə "Sunami" FK ilə oyun bitdikdən sonra heyətində lisenziyası mövcud olmayan futbolçunun aşkarlandığı üçün eyni cəza ilə üzləşib.

Seçilən
125
2
teleqraf.com

3Mənbələr