AZ

“Sübut etdik ki, istənilən komanda ilə rəqabət apara bilərik”

“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandasının mübarizə aparmağa və istənilən rəqibdən xal almağa qadir olduğunu bildirib.

“Sağsağanlar” İngiltərə Premyer Liqasının 29-cu turunda öz meydanında “Mançester Yunayted” üzərində 2:1 hesablı qələbə qazanıblar.

“Nyukasl” bu nəticə ilə rəqibinin çempionatda davam edən 11 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı bunu deyib:

“Nyukasl” sübut etdi ki, istənilən komanda ilə rəqabət apara bilər”.

“Nyukasl” hazırda Premyer Liqada 39 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 51 xalla “Aston Villa” ilə birlikdə 3–4-cü yerləri bölüşür.

Eddi Hounun komandası növbəti turda, martın 14-də səfərdə “Çels” ilə qarşılaşacaq.

Seçilən
80
sportinfo.az

1Mənbələr