AZ

Göyçayda üç gündür evə qayıtmayan kişinin geyimləri Yuxarı Şirvan kanalının kənarında tapılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan vətəndaş, 1995-ci il təvəllüdlü Abdullayev Ramin Elşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

11:19

Göyçay rayon sakini, 31 yaşlı Ramil Abdullayev martın 3-də evdən çıxaraq geri qayıtmayıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, axtarışlar zamanı itkin düşən şəxsə məxsus bəzi üst geyimləri rayon ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarında aşkar edilib.

Bu səbəbdən onun kanala düşməsi və ya yıxılması ehtimalı nəzərə alınaraq əraziyə polis və FHN əməkdaşları cəlb olunub.

Seçilən
103
2
apa.az

3Mənbələr