AZ

Britney Spears saxlanılıb


ABŞ-ın məşhur pop müğənnisi Britney Spears ötən gün Kaliforniyada saxlanılıb.

 News365.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 


Məlumatda bildirilir ki, müğəninin saxlanılması ilə bağlı ABŞ məhkəmə sənədlərində qeyd olunub.


Məlumata görə, müğənni çərşənbə günü yerli vaxtla saat 21:30 radələrində Kaliforniya Yol Patrulu tərəfindən saxlanılıb. 


Məhkəmə sənədlərində saxlanmanın səbəbi barədə dəqiq məlumat verilməyib. Bildirilir ki, saxlanılma xəbəri yayıldıqdan sonra Spearsın “Instagram” hesabı silinib.

Seçilən
34
news365.az

1Mənbələr