AZ

Bred Pitt sevgilisi ilə tətildə!

ain.az, Olay.az portalına istinadən məlumat verir.

Bred Pitt və Ines de Ramon Yunanıstanda istirahət zamanı görüntüləniblər.

OLAY yazır ki, 62 yaşlı Bred Pitt 33 yaşlı sevgilisi Ines de Ramon ilə Hydra adasında romantik bir gün keçirib. Paparatsiyalar cütlüyü gəzinti zamanı görüntüləyiblər.

Aktyor əvvəlcə sevgilisini qucaqlayıb, daha sonra isə birlikdə gəzintiyə çıxıblar. Pitt son vaxtlar ailəsi ilə bağlı xəbərlərə baxmayaraq olduqca şən görüntü sərgiləyib.

Bu yaxınlarda onun oğlu Maddoks Coli rəsmi olaraq ikinci soyadından imtina edib — indi o sadəcə Coli soyadını daşıyır.

Bundan əvvəl oxşar addımı bacısı Şiloh Coli atmışdı: o, 18 yaşında adını rəsmi olaraq Şiloh Nouvel Coli-Pitt-dən Şiloh Coliyə dəyişib.

Xatırladaq ki, AnCelina Coli və Bred Pitt 8 illik məhkəmə çəkişməsindən sonra 2024-cü ildə boşanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
olay.az

1Mənbələr