AZ

Britni Spirs saxlanıldıqdan sonra danışdı

Ajans.az xəbər verir ki, müğənninin keçmiş şəxsi köməkçisi və uzun illər dostu Şon Filips bildirib ki, o, Spirs ilə əlaqə saxlayıb və müğənni hazırda özünü yaxşı hiss etdiyini deyib. Məlumata görə, 44 yaşlı ifaçı çərşənbə günü Kaliforniya Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. İddia olunur ki, o, təxminən bir saat davam edən təqib zamanı avtomobili qeyri-sabit idarə edib və sərxoşluq əlamətləri göstərib. Bundan əlavə, polis müğənninin avtomobilində naməlum maddə aşkar edildiyini bildirib. 2006–2007-ci illərdə Spirs ilə çalışmış Filips onun təhlükəsizliyi ilə bağlı narahat olduğunu deyib. Onun sözlərinə görə, müğənni Los-Ancelesi tərk etməli və hazırda ünsiyyətdə olduğu bəzi insanlardan uzaqlaşmalıdır. Filips qeyd edib ki, o, müğənniyə “Yaxşısan?” mesajını yazıb və Spirs “Yaxşıyam” cavabını verib. Daha sonra Filips bu barədə danışa biləcəyini soruşduqda, müğənni buna icazə verdiyini bildirib. Filips əlavə edib ki, Spirs çox yaxşı insan olduğunu və hər kəs kimi səhv edə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, baş verən hadisə müğənninin xarakterini əks etdirmir.

 

Seçilən
7
Ajans.az

1Mənbələr