Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Yeni rəhbərin seçilməsi ilə bağlı ixtilafların olması barədə iddialara baxmayaraq, Ekspertlər Məclisi iki nəfəri rəhbərlik üçün təsdiq edib, ancaq onların hər ikisi bu məsuliyyəti qəbul etməkdən imtina edir.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin üzvü Peyman Fəlsəfi deyib.
“İxtilafların olması barədə məlumatlar şayiədir, rəhbər yaxın iki-üç gün ərzində elan ediləcək və bu seçim Əli Xameneinin tərəfdarlarının ürəyincə olacaq”, - o bildirib.
Millət vəkili dolayı yolla İranın keçmiş rəhbəri Əli Xameneinin oğlu Müctəba Xameneinin rəhbərliyə gətiriləcəyinə işarə edib.
Qeyd edək ki, Ekspertlər Şurasının 3 martda Müctəba Xameneini yeni lider seçdiyi barədə məlumat təkzib edildi və seçkilərin davam etdiyi açıqlandı. Lakin seçkinin nəticəsi hələ də elan edilməyib.
Bəzi mənbələrə görə, SEPAH Müctəba Xameneini qorumaq üçün seçki nəticəsini açıqlamır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.