AZ

“Kolambus Kryu” Nəriman üçün işçi vizası aldı! – uçuş günü də bəllidi

ABŞ-nin “Kolambus Kryu” klubu ilə anlaşan Nəriman Axundzadənin idmançılara görə nəzərdə tutulan P-1 işçi vizası alınıb.

Bu barədə “Football-plus.az”a futbolçunun meneceri Tural Əsgərli məlumat verib. O. bildirib ki, indi Bakıdan Ohayo ştatına yollanmaq üçün səfər vizası alınmalıdı. Əslində bu məsələ də bu gün həll edilməliymiş. Lakin sənədin əldə edilməsi mümkün olmayıb. Böyük ehtimalla, 21 yaşlı hücumçu gələn həftənin çərşənbə axşamı, yəni martın 10-da ABŞ-yə uçacaq.

Xatırladaq ki, “Kolambus Kryu” “Qarabağ”ın sabiq futbolçusuyla 3,5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın işinə əngəl törətmişdi. Futbolçu formada qalmaq üçün “”köhlən atlar”ın düşərgəsində məşqlərdə iştirak edirdi.

KƏNAN BAHADIR

Seçilən
107
1
football-plus.az

2Mənbələr