AZ

Dilarə Əliyeva qız analarına səsləndi

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Dəyişmədim, daha güclü versiyamı yaratdım. Forma nə qədər vacibdirsə, məzmun ondan da vacibdir. Məzmun daşımayan gözəllik mənasını itirir. Görüntüyə bel bağlamıram. Sənətim üzərində də çalışıram. Səhnəyə dünyalar gözəli bir qız çıxsa, yanında ömrünün 90 yaşında Nəsibə Zeynalova dayansa, tamaşaçı ona baxardı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "İncə səhər" verilişində deyib. Aktrisa görünüşündəki dəyişiklikdən danışıb. 

D.Əliyeva qız analarına səslənib:

"Qadınlar arzularının ardınca getməyi bacarsınlar. Bu dünyada heç nəyə xatir arzularından vaz keçməsinlər. Bir qız dedi ki, musiqini çox sevirəm, musiqi ilə yatıb dururam. Amma valideynlərim məni aptekdə işə düzəldib. Qıza dedim ki, ananı musiqiyə olan sevginə inandır. Anan və atan evə gələndə musiqi ilə qarşıla, musiqi ilə yola sal. Uşaqlarıma da deyirəm. Biz onları dünyaya vəsilə olub gətirmişik. Amma qorxaq ki, səhnəyə getməsin, nəsə olar? Bu, bizim problemimizdir, onların yox".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
axsam.az

1Mənbələr