AZ

“Instagram” üçün CANINDAN OLDU: Qatar vaqonundan boylanan gəncin FACİƏVİ SONU – VİDEO

Hindistanda “Instagram” videosu çəkən yeniyetmə faciəvi şəkildə ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.

Hindistanda “Instagram” üçün maraqlı görüntülər lentə almaq istəyən yeniyetmənin cəhdi ölümlə nəticələnib.

Məlumata görə, gənc oğlan hərəkətdə olan qatarın vaqonundan çölə boylanaraq video çəkməyə çalışıb.

Həmin an yol kənarındakı maneə gəncin başına sürətlə dəyib. Nəticədə o, ağır kəllə-beyin travması alaraq yerə yıxılıb.

Hadisə zamanı qatarın sürətinin yüksək olmamasına baxmayaraq, alınan zərbə ölümcül olub.

Yaralı yeniyetmə dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
95
interpress.az

1Mənbələr