Ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən ABB İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 yüksək mükafatına layiq görülüb.
ABB “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan edilib. Bundan başqa, bank “Beynəlxalq vergi əməletməsi üzrə nümunəvi maliyyə institutu” adını da qazanıb.
Mükafatlar martın 5-də keçirilən “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumu zamanı ABB-yə təqdim olunub.
Qeyd edək ki, ABB son 3 ildə ölkəmizin dövlət büdcəsinə 433 milyon manat vergi ödəyib. Bunun 285 milyon manatı mənfəət vergisi olub.
Bank vergi intizamı sahəsində də beynəlxalq standartlar tətbiq edir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.