AZ

TƏCİLİ: Tehranda prezident iqamətgahı vuruldu – Pezeşkian da ölüb?

Tehranda Ali Liderin iqamətgahı, prezidentin iqamətgahı və “İmam Əli” Hərbi Akademiyasına güclü hava zərbələri endirildiyi bildirilir.

KONKRET.az xəbər verir ki, bu barədə müxtəlif mənbələr məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində paytaxtın bir neçə hissəsində partlayış səsləri eşidilib.

Hədəf alınan obyektlər arasında İranın Ali Liderinin iqamətgahı, prezidentin iqamətgahı və “İmam Əli” Hərbi Akademiyası da var.

Eyni zamanda yerli mənbələrin bildirdiyinə görə, İranla sərhədə yaxın olan İraqın Bəsrə vilayətində də partlayış səsləri eşidilib.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik geniş açıqlama verməyib. Vəziyyətlə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
34
2
konkret.az

3Mənbələr