AZ

Qara çay qan təzyiqini azaldaBİLƏR

Həkim Brantley Lopez bildirib ki, qara çay sistolik qan təzyiqini azalda bilər.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Eating Well" ilə söhbətində məlumat verib.

Lopez xatırladıb ki, sistolik təzyiq – arterial təzyiqin maksimal göstəricisidir. Onun normal diapazonda saxlanması ürək xəstəlikləri və insult riskini azaltmaq üçün vacibdir.

Həkim bildirib ki, çayda olan polifenollar qan damarlarının fəaliyyətini yaxşılaşdırır. Bu faydalı maddələr həmçinin bir çox meyvələrdə, tərəvəzlərdə, tam taxıllı məhsullarda və qoz-fındıqlarda da mövcuddur.

Aytəkin TOFİQQIZI

Seçilən
46
1
redaktor.az

2Mənbələr