AZ

Dəri quruluğu və saç tökülməsi nədən xəbər verir? - ARAŞDIRMA

Bəzən insanlar qida əlavələrini və vitaminləri həkimlə məsləhətləşmədən və analiz vermədən qəbul edirlər. Xüsusilə idmançılar və gözəllik sahəsi ilə məşğul olanlar bu səhvə tez-tez yol verirlər. Vitamin A və E-nin həddindən artıq qəbulu eyni zamanda onların çatışmazlığında müşahidə olunan simptomlarla dərinin quruluğu və saç tökülməsi ilə özünü göstərir.

Redaktor.az xəbər verir ki, bunu gazeta.ru-ya açıqlamasında farmakoloq Denis Borozdenko bildirdi.

“Vitaminlərin uzunmüddətli həddindən artıq qəbulu simptomları yavaş-yavaş meydana çıxır və insan tərəfindən uzun müddət fərq edilmir, çünki bu simptomlar spesifik deyil. Vitamin A və E üçün bu, dəri quruluğu və saç tökülməsidir. Tez-tez insanlar bu vitaminləri məhz bu əlamətlər üçün qəbul edirlər və dozanı artırırlar. Bundan başqa, görmə zəifləməsi, qlükozanın mənimsənilməsində pozulmalar, qan laxtalanmasının pozulması (diş əti qanamaları), qalxanabənzər vəz problemləri və yağda həll olunan bütün vitaminlər (A, E, D) üçün ümumi simptom – qaraciyər zədələnməsi müşahidə olunur”, – deyə ekspert qeyd edib.

B vitamini qrupuna aid olan və sinir sistemi üçün tez-tez qəbul edilən vitaminlərin həddindən artıq qəbulu isə əzələ zəifliyi, ətraflarda karıncalanma, həzm pozuntuları və görmə problemləri ilə müşahidə olunur.

Vurğulanan məsləhətlərə görə, vitamin komplekslərini qəbul etməzdən əvvəl istifadə təlimatını diqqətlə oxumaq, dərmanlardakı dozaları gündəlik tövsiyə olunan miqdarla müqayisə etmək lazımdır. Polivitamin kursu bir ayı keçməməli və ildə 2-3 dəfə qəbul edilməlidir. Həkimlə məsləhətləşmək tövsiyə olunur.

Nuriyyə NATİQQIZI

Seçilən
86
1
redaktor.az

2Mənbələr