AZ

ABŞ İrana quru qoşunlarını göndərir?

ABŞ prezidenti Donald Tramp İranla müharibəyə quru qoşunlarının göndərilməsi ehtimalını istisna etməyib.

"Unikal" xəbər verir ki, o, bu barədə TIME jurnalına müsahibəsində deyib. 

Amerika lideri İrandakı əməliyyatın məqsədlərinə dörd-beş həftə ərzində nail oluna biləcəyini söyləyib. O, əlavə edib ki,  Amerika Birincidir, Amerikanın sağlamlığını və rifahını qorumaq və digər ölkələrdən hücumların qarşısını almaqdır. 

"Elə vəziyyətlər olur ki, seçiminiz yoxdur. Bu, məhz belə bir vəziyyət idi. Onların nüvə silahı olmamalıdır. Birinci, ikinci və üçüncü məqamlar bunlardır. Dördüncü məqam: ballistik raketlərə icazə verilmir. Digər məqsəd İrana rəhbərlik etmək üçün "rasional və ağıllı bir şəxs" təyin etməkdir", - deyə o əlavə edib.

Seçilən
93
50
unikal.az

10Mənbələr