AZ

Naxçıvanda məktəblərdə tədris bərpa olunub Həyat əvvəlki axarına geri dönüb

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Naxçıvanda təhlükəsizlik səbəbindən dünən dayandırılan tədris prosesi bu gündən etibarən bərpa olunub.

Xatırladaq ki, İranın dron hücumları ilə bağlı yaranmış risklərə görə ötən gün Naxçıvandakı bir sıra məktəblərdə dərslər müvəqqəti olaraq dayandırılmış, şagird və müəllimlər təxliyə edilmişdi.

Bu gün isə məktəblər yenidən fəaliyyətə başlayıb. Şagirdlər dərslərə qayıdıb və tədris prosesi normal qaydada davam etdirilir.

Rəsmi qurumlar bildiriblər ki, hazırda vəziyyət nəzarət altındadır və təhlükəsizliklə bağlı zəruri tədbirlər görülür.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
110
azpolitika.info

1Mənbələr