ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Orucluq ayı yalnız aclığı yox, həm də vərdişlər üzərində düşünməyi öyrədir. Tütün istifadəsi bədəni yorar və ruhu susuz qoyar; bu ayda onu azaltmaq və ya dayandırmaq insanı həm fiziki, həm də mənəvi baxımdan gücləndirir.
Tütünün ağırlığı orucun mahiyyətini bulandırır. Bu ayda hər tütün istəyi, səbrin və iradənin bir imtahanıdır. Tütünsüz günlər insanın qəlbini daha aydın görməyə və düşüncəsini təmizləməyə imkan verir.
İradə və niyyət birləşdikdə, vərdişlərdən qurtulmaq həm sağlamlığa, həm də mənəviyyata fayda gətirir. Orucluq insanı yalnız aclığa deyil, adətlərinə, vərdişlərinə də də diqqət yetirməyə çağırır; tütünsüz yaşamaq bu ayın sakit gücünü hiss etməyin bir yoludur.
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tütün və tütün məmulatlarından istifadə məsələsində isə hökm aydındır: "Tüstü ağız və burun vasitəsilə bədənə daxil olur və bu, qəsdən edilən bir hərəkətdir. Müasir fiqh şuraları bunu orucu pozan hal sayır. Üstəlik, sağlamlığa zərəri tibbi baxımdan sübut olunub. Oruc həm də insanı zərərli vərdişdən uzaqlaşdırmaq üçün fürsətdir.
Orucluq ayı tütünü buraxmağın çətinliyini açıq göstərir, çünki vərdişlər insanı çox güclü bağlayır. Lakin iradə və niyyət birləşəndə, bu ayın müqəddəs gücü sayəsində tütünsüz qalmaq mümkün olur".
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.