AZ

“Bu, İslam həmrəyliyinə qarşı addımdır”

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

“İranın Naxçıvana dron hücumları ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi və İranın bu addımını terror əməli kimi qiymətləndirdi. Bunun başqa adı yoxdur. Bu, nankorluqdur, nakişilikdir. Çünki Azərbaycan həmişə İrana münasibətdə mehriban qonşuluq siyasətinə sədaqət göstərib, İrana qarşı heç bir zaman hər hansısa kampaniyada iştirak etməyib, sanksiyalara qoşulmamışıq, ərazilərimizdən İrana qarşı güc tətbiqinə imkan verməmişik və bu siyasətə sadiqik”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

Deputat bildirib ki, cənab Prezident həm də vurğuladı ki, İran xarici işlər nazirinin müavini xahiş edib ki, Livandan diplomatik korpusun təxliyyəsinə Azərbaycan kömək etsin və biz təmənnasız bunu da etmişik: “İranda baş vermiş hadisələrlə bağlı cənab Prezident İranın Azərbaycandakı Səfirliyini ziyarət etdi və özü də qeyd etdiyi kimi dünyanın heç bir dövlətində dövlət başçısı belə bir addım atmayıb. Bütün bu etdiklərimizin, xeyirxah münasibətimizin qarşılığında Azərbaycana qarşı terror addımı, mülki obyektlərin hədəfə alınması, dron hücumuna məruz qalması bağışlanmazdır. Bu, riyakarlıqdır, nankorluqdur. Buna başqa ad vermək olmaz. Cənab Prezident həmçinin vurğuladı ki, bu, İslam həmrəyliyinə qarşı bir addımdır. Həm də İran daha çox müsəlman ölkələrini hədəfə alır. Bu davranışı ilə o, müsəlman aləmində özünə qarşı mənfi rəy formalaşdırır”.

E.Nəsirov qeyd edib ki, artıq məlum hadisə ilə bağlı dünya liderlərinin Prezident İlham Əliyevə telefon zəngləri intensiv xarakter kəsb edir: “Türk Dövlətləri Təşkilatı bu prosesdə daha fəaldır. Bu, ölkəmizə olan həmrəyliyin bir ifadəsi kimi qiymətləndirilə bilər. Baş vermiş bu hadisəyə görə bütün məsuliyyət İranın üzərinə düşür”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
icma.az

1Mənbələr