AZ

Lidersiz qalan rejim Bakı-Tbilisi-Ceyhanı vurmağa çalışır - TƏHLİL

İranın Ekspertlər Şurası artıq bir neçə gündür ki, öldürülən Ali Lider Əli Xameneinin yerinə yeni lider təyin edə bilmir. 

İnqilab Keşikçiləri Korpusu (SEPAH) Ekspertlər Şurasına İslam Respublikasının yeni lideri kimi Əli Xameneinin oğlu Müctəba Xameneinin qoyulmasını tələb edib. 

Əli Xameneinin varisini müəyyən etmək üçün şuranın ilk təcili iclası İsrailin Qum şəhərindəki binaya hava hücumları nəticəsində yarımçıq qaldı.

İnqilab Keşikçilərinin Müctəba Xameneinin seçilməsinə məcbur etmək üçün göstərdiyi ağır təzyiqə etiraz olaraq, şuranın ən azı səkkiz üzvü iclası bloklayıb. 

Müctəba Xameneinin rəhbərliyinin əleyhdarlarından bir qrup bildirib ki, onun İslam Respublikasının lideri kimi elan edilməsi ictimai rəydə rəhbərliyin irsi hala gəldiyi şübhəsi və İslam Respublikasının monarxiyaya çevrildiyi şübhəsi yarada bilər. Bu nümayəndələr Müctəba Xameneinin istefasını və iclasda yeni səsvermənin keçirilməsini tələb ediblər.

Həmçinin nümayəndələrdən biri deyib ki, Ayətullah Əli Xamenei də oğlunun liderliyi ideyasından məmnun deyildi və bu məsələnin onun sağlığında qaldırılmasına heç vaxt icazə verməyib. Digər bir nümayəndə isə iddia edib ki, Müctəba Xameneinin heç bir ictimai və müəyyən edilmiş səlahiyyəti və ya məhkəmə təcrübəsi yoxdur. Buna görə də onun Ali Lider seçilməsini dini cəhətdən əsaslı hesab etmir.

ANF | گزارش‌های ضدونقیض از وضعیت مجتبی خامنه‌ای

Bu məlumata əsaslanaraq, bəzi müxaliflər dolayı yolla xəbərdarlıq ediblər ki, əgər Müctəba Xamenei geri çəkilməsə, seçki prosesini etibarsız hesab edəcəklər. Bu hərəkət baş verərsə, hakimiyyətin zirvəsindəki boşluq daha da arta və İslam Respublikasında legitimlik böhranı daha da dərinləşə bilər.

Bazar ertəsi günü Tehranda Ekspertlər Şurasının ənənəvi olaraq keçirilən köhnə Parlament binasının bombalanmasından sonra, Əli Xameneinin varisini müəyyən etmək üçün Şuranın ilk iclası növbəti gün ictimaiyyətə elan edilmədən onlayn keçirildi.

Mart ayının 2-dən bəri müxtəlif şəhərlərdəki SEPAH komandirləri Müctəba Xameneiyə səs vermək üçün Ekspertlər Şurasının üzvlərinə şəxsən və ya telefonla zəng edərək təzyiq göstərirdilər. Onlayn görüş başlamazdan bir neçə dəqiqə əvvələ qədər davam edən təkrar zənglər və nümayəndələrə psixoloji-siyasi təzyiq səbəbindən iclasın atmosferi normal olmayıb və Rəyasət Heyəti ölkənin təhlükəsizlik vəziyyətini nəzərə alaraq səsvermənin mümkün qədər tez keçirilməsində israr edib.

Məlumata görə, Müctəba Xameneinin seçilməsinə qarşı çıxan bir neçə üzv məhdud müddətdə bəzi arqumentlərini təqdim edib, lakin rəyasət heyəti səsvermənin başlanmasında israr edərək onlara daha ətraflı müzakirə etmək imkanı verməyib. 

دیدار رهبری با اعضای مجلس خبرگان رهبری - تابناک | TABNAK

Səsvermədən sonra və səslərin sayılması başa çatmazdan bir müddət əvvəl, onlayn sessiyanın idarə olunduğu Qum şəhərindəki Ekspertlər Şurasının binası İsrail hava hücumlarının hədəfinə çevrilib. Bundan sonra rabitə kəsilib. Bir neçə saat sonra şuranın üzvlərinə telefonla Müctəba Xameneinin səs çoxluğu ilə lider seçildiyi bildirilib.

Səsvermənin nəticələri elan edildikdən sonra, Parlamentin sədri və Rəyasət Heyətinin bəzi üzvləri ilə telefon danışıqlarında hüquqi prosesin həyata keçirilməsinə qarşı etirazlar bildirilib. Nəticədə Rəyasət Heyəti səsvermənin nəticələrinin rəsmi elanını ikinci iclasa qədər təxirə salmaq qərarına gəlib. 

Buna görə də, ikinci görüş ötən gün, yenə də onlayn şəkildə keçirilib. İclas Həzrəti Məsumənin ziyarətgahının yaxınlığındakı bir yerdə keçirilib. Ona görə ki, dini həssaslığa görə oraya hava hücumu ehtimalı azdır. 

Maraqlıdır ki, dünənki iclasın da nəticələri açıqlanmayıb. SEPAH-ın müxalifət nümayəndələrini razı salmaq üçün təhdidedici təzyiqi davam edir. İnqilab Keşikçiləri komandirləri onları birbaşa zənglərlə məsləhətləşmələrdə iştirak etməməkdən və ya açıq şəkildə müqavimət göstərməkdən çəkindirməyə çalışırlar. SEPAH-ın arqumenti budur ki, ölkədə davam edən təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla, yeni liderin elan edilməsi mümkün qədər tez olmalıdır və hər hansı bir gecikmə qeyri-sabitliyin artmasına və sistemin zirvəsində qərar qəbuletmə boşluğunun dərinləşməsinə səbəb ola bilər.

Həqiqətən də İranda həqiqi rəhbərliyin olmadığı, prezidentin, diplomatiyanın formal xarakter daşıdığı və idarəçiliyin, sanki, hərbi rejimin əlində olduğu açıq-aydın görünür. 

Buna sübut kimi İranın dəxlisiz şəkildə qonşu ölkələrə hücumlarını göstərmək olar. Onlardan sonuncusu 5 mart tarixində Naxçıvana edilən dron hücumları idi. 

Hücumdan sonra SEPAH-ın "X" hesabında Azərbaycan dili ilə bərabər ingilis və fars dillərində təhdid dolu mesaj yayıldı. Bu da terror hücumunu İranın qəsdli şəkildə etdiyini göstərdi. İranın Baş Qərargahı hücumda İsraili günahlandırdı, bunu İslam Respublikasının etmədiyini dedi. Lakin SEPAH sözügedən paylaşımlarını nə sildi, nə də başqa bir açıqlama yaydı. 

Belə nəticəyə gəlmək olar ki, İranda Ordu ilə SEPAH arasında uçurum yaranıb. 

SEPAH rəisi Məhəmməd Pakpurun fevralın 28-də öldürülməsindən sonra, keçmiş müdafiə və sabiq daxili işlər naziri Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) rəhbərliyi ələ alıb. 

Geeneral israillilərə və amerikalılara qarşı hücumlar təşkil edən Qüds Qüvvələrinin keçmiş komandiridir. Bu istiqamətdə ən ölümcül hücum 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzində baş verib. Bu hücum Holokostdan bəri yəhudilərin ən böyük kütləvi qətliamı olub. Argentina kəşfiyyat orqanları və Mossad tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, əməliyyatın arxasında İran dayanır və hücumun təşkilatçısı Əhməd Vahidi olub. Nəticədə, İnterpol Vahidini 2007-ci ildə axtarış siyahısına salıb.

14 noyabr 2022-ci ildə o, "İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə" bütün Avropa Birliyi ölkələrinin sanksiya siyahısına əlavə edilib.

O, görünür, tabe olacağı Ali Lider olmadığından özbaşına hərəkətlər edir. Naxçıvan beynəlxalq hava limanına və digər obyektlərə "Arash-2" dronları ilə hücum da məhz bu özbaşınalıqlardan biridir. 

Müdafiə sistemlərimiz İran PUA-larını niyə vurmadı? - TƏHLİL

Onlar iddia edir ki, İsrail neft idxalının təxminən 30%-ni Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə əldə edir. Buna görə də onu vurmağa çalışır. 

Yüksək vəzifəli ərəb rəsmiləri də bildiriblər ki, İran Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə hücum edə bilər. Boru kəmərinin son təyinat yeri Türkiyənin Ceyhan şəhəridir. 

Türkiyə 4 mart tarixində İrandan atılan ballistik raketi zərərsizləşdirildiyini açıqlayıb. Qeyd edilib ki, ballistik raket İrandan atılıb, İraq və Suriyanın hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına doğru hərəkət edib. Ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib.

Hadisədən sonra Hatay vilayətinin Dörtyol rayonuna raketin qalıqları düşüb. Təsadüfi deyil ki, Ceyhan Adananın şəhəridir. Hatay isə Adana ilə sərhəd vilayətdir. Nə qədər etiraf etməsələr də, burada İranın məqsədinin sözügedən kəməri vurmasını görməmək mümkün deyil. 

Savaş Türkiye semalarında: İran'dan atılan füze imha edildi, mühimmat  parçası Hatay'a düştü - Evrensel

SEPAH Türkiyədən bir gün sonra Naxçıvana olunan hücumla bir növ "xəbərdarlıq" etdiyini, növbəti addımın isə BTC olacağını istisna etmir. 

Bundan əvvəl, 2 martda İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının müşaviri "düşmən"in neft təchizatı xətlərinə zərbə endirəcəklərini də bildirmişdi. 

Neft kəməri Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçir. İran artıq bu ölkələrdən ikisinə hücum edib. Gürcüstanda isə bu barədə narahatlıqlar artmaqdadır. Çünki "Bakı-Tbilisi-Ceyhan xəttində ən zəif halqa Gürcüstandır.

Ağarza Elçinoğlu

Seçilən
91
5
unikal.az

4Mənbələr