AZ

DÇ-2026-nı televiziyadan izləyəcək azarkeşlərin nəzərinə: Yenilik olacaq

2026-cı il dünya çempionatında turniri televiziyadan izləyəcək tamaşaçılar yeniliklə qarşılaşacaqlar.

Publika.az xəbər verir ki, su fasilələri zamanı reklamlar göstəriləcək.

“The Athletic”in məlumatına görə, FİFA yayım şirkətlərinə texniki fasilələr zamanı canlı yayıma reklam blokları əlavə etməyə icazə verib. Bu məsələ televiziya şirkətlərinin top-menecerləri ilə artıq ətraflı müzakirə olunub.

Xatırladaq ki, dekabr ayında hər hissənin ortasında üç dəqiqəlik məcburi fasilələrin tətbiq ediləcəyi açıqlanıb. Bu, stadionda havanın necə isti olmasından asılı olmayaraq tətbiq olunacaq.

Seçilən
101
publika.az

1Mənbələr