AZ

İran hələ də öz Alı Rəhbərini seçə bilmir

İran Seyid Əli Xameneinin yerinə təyinatı təxirə salıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “The New York Times“ iki İran rəsmisinə istinadən məlumat yayıb.

İran rəsmilər bildiriblər ki, bu qərar İsrail və ABŞ-ın İranın yeni Ali Rəhbərini də öldürəcəklərinə dair hədələrindən sonra qəbul edilib.

ABŞ prezidenti Donald Tramp İran rəhbərliyini özü seçəcəyini bildirib. O, hətta bu vəzifəyə 3 namizədinin olduğunu bildirib.

Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İsrailin hava hücumları nəticəsində öldürülüb. Şayiələrə görə onun yerinə Ekspertlər Şurası oğlu Muçtabanı seçib. Lakin bu məlumat da sonradan təkzib edildi. İranda ciddi hakimiyyət böhranı yaşanır.

Seçilən
79
veteninfo.az

1Mənbələr