AZ

Zelenski “Drujba” neft kəmərinin bərpasını istəmir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi texniki baxımdan “Drujba” (Dostluq) neft kəmərini təxminən bir və ya bir ay yarım ərzində bərpa edə bilər. Lakin o, hazırkı şəraitdə kəmərin təmir edilməsinin məqsədəuyğun olmadığını qeyd edib. Zelenski deyib ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirdiyi müddətdə rus neftinin daşınmasına kömək etmək niyyətində deyil.

QHT.az xarici mediaya istinadən bildirir ki, “Drujba” neft kəməri yanvarın sonunda Rusiyanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində zədələnib və o vaxtdan fəaliyyət göstərmir. Bu kəmər Ukrayna ərazisindən keçərək əsasən Macarıstan və Slovakiyaya rus neftinin çatdırılmasını təmin edirdi.

Macarıstanın Baş naziri Viktor Orban isə kəmərin fəaliyyətinin bərpa olunmasını tələb edib. O bildirib ki, əgər neft nəqli bərpa olunmasa, Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini və Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq yardım paketini bloklayacaq.

Tərəflər arasında gərginlik Zelenskinin Orban haqqında dediyi sözlərdən sonra daha da artıb. Macarıstan rəsmiləri bu açıqlamaları təhdid kimi qiymətləndirib və iki ölkə arasında diplomatik mübahisə dərinləşib. Macarıstan hökuməti enerji infrastrukturunun mühafizəsini gücləndirdiyini də açıqlayıb.

Fatimə Nəbiyeva

Seçilən
113
qht.az

1Mənbələr