Bakı.Trend:
Bakı metropoliteni martın 8-i və 9-da gücləndirilmiş işrejimində fəaliyyət göstərəcək.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilib ki, “28 May–Əhmədli” sahəsində gün ərzindəqatarlararası interval əsasən 2,5 dəqiqə olacaq.
Bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsiayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.
Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov–Əhmədli” və “CəfərCabbarlı–Xətai” mənzillərində intervallar dəyişməz qalacaq.
“Bakmil” istiqamətində hərəkət edən sərnişinlər şənbə günününqrafikindən istifadə edəcəklər.