AZ

İran Bəhreyndə binaları atəşəTUTDU

Bəhreyndə ABŞ-nin Beşinci Donanmasının zabitlərinin yaşadığı binalar İranın hücumlarına məruz qalıb.

Redaktor.az xəbər verir ki, məlumat "Tasnim"ə istinadən verilib.

Bildirilib ki, zərbələr Manamanın Cuffair rayonunda yerləşən binaları hədəf alıb.

Bəhreyn Daxili İşlər Nazirliyi əvvəlcə İranın Manamada üç obyektə hücum etdiyini açıqlayıb. Hücum nəticəsində iki otel və bir yaşayış binasına ziyan dəyib.

Nazirliyin məlumatına görə, maddi ziyan olsa da, insident zamanı insan itkisi qeydə alınmayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
16
redaktor.az

1Mənbələr