AZ

Macarıstan səfiri İranın Naxçıvana hücumlarını pisləyib

Macarıstan Respublikasının Azərbaycandakı səfirliyi İranın Naxçıvan Muxtar Respublikasına qarşı törədilən hücumlarını pisləyib.

Milli.Az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Macaristan səfiri Tamas Torma hücumun regional sabitliyə xələl gətirdiyini bildirib:

"Macarıstan Səfirliyi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir. Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin və beynəlxalq hüquq normalarının bu cür qəbulolunməz şəkildə pozulması regional sabitliyə xələl gətirir. Macarıstan Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir. Yaralananların tezliklə sağalmasını arzulayırıq".

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Milli.Az

Seçilən
13
4
milli.az

5Mənbələr