Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“İranın dronla Naxçıvan aeroportuna, orta məktəbə, mülki obyektlərə hücum etməsi bu gün dünya mətbuatının diqqətindədir. Görünməmiş bir hadisə baş verib. Azərbaycan İrana özünün mehriban qonşuluq münasibətlərini göstərir, onun səfirlik işçilərini xarici ölkədən heç bir xərc almadan evakuasiya edir, amma biz əvəzində nankorluq gördük”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.
A.Mirzəzadənin sözlərinə görə, həmin dron tam təsadüf nəticəsində orta məktəb binasının üzərinə düşmədi: “Əgər bu, olsaydı bunun məsuliyyəti tamamilə İranın üzərinə düşəcəkdi. Bunu etməkdə məqsəd Azərbaycanda dinc həyatı pozmaq, Azərbaycanı qanlı savaşa cəlb etməkdir. Artıq o rejim üçün mehriban qonşuluq, beynəlxalq hüquq, qonşu dövlətin əhalisinin təhlükəsizliyi önəm daşımır. Öz daxili məsələlərini həll etmək əvəzinə, qonşu dövlətə belə hücum rejimin iç mahiyyətini göstərdi”.
Deputat vurğulayıb ki, cənab Prezidentimizin təcili Təhlükəsizlik Şurasının iclasını çağırması və Azərbaycanın öz suveren hüquqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcəyi barəsində bəyanatlar onu göstərdi ki, Azərbaycan heç bir zaman hansısa bir xarici qüvvənin təsiri altına düşməyəcək, heç bir zaman onu qorxutmaq mümkün deyil: “Azərbaycanın suverenliyinə ancaq və ancaq hörmətlə yanaşmaq lazımdır. Digər variantlara Azərbaycan müvafiq və çox sərt cavab verməyə qadirdir”.
Röya İsrafilova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.