AZ

Marta Kos: Moldova və Ukraynanı itirə bilərik

BAKI, 6 mart. TELEQRAF

“Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesini sürətləndirmək üçün yeni qaydalar tələb olunur”.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos deyib.

O təsdiqləyib ki, ölkə mövcud şəraitdə planlaşdırıldığı kimi 2027-ci ilə qədər ittifaqa qoşula bilməyəcək: “İstifadə etdiyimiz metodologiya yaşadığımız mürəkkəb dövrlərə uyğunlaşdırılmayıb”.

Marta Kos əlavə edib ki, Aİ reallığı əks etdirən qaydalara malik olmalıdır. Onun sözlərinə görə, ittifaq Ukrayna ilə yanaşı, Monteneqro və Moldovaya da üzvlüklə yə etibarlı yol göstərə bilməsə, bu ölkələri Rusiya qarşısında itirmək riski yaranacaq.

“Əgər biz bu ölkələri daha sürətli inteqrasiya edə bilməsək və ya keçmişdəki yanaşmadan fərqli metod tətbiq etməsək, ən böyük qorxumuz odur ki, kimsə digər şəkildə müdaxilə edəcək və ya bu ölkələrdə hakimiyyəti ələ keçirərək onları bizim əleyhimizə istifadə edəcək”, - Kos vurğulayıb.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr