AZ

Bakıda Azərbaycan və Moldova XİN rəhbərlərinin görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Başnazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasındageniştərkibli görüş keçirilib.

Trend xəbər verirki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsini,həmçinin iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdəəməkdaşlığın daha da inkişaf etdirilməsini, eləcə də BirləşmişMillətlər Təşkilatı və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlarçərçivəsində birgə fəaliyyətlərin əlaqələndirilməsini müzakirəediblər.

XİN başçıları, həmçinin Yaxın Şərqdə dəyişkən və gərgintəhlükəsizlik vəziyyətinə də toxunublar.

Ceyhun Bayramov martın 5-də İrandan Naxçıvana qarşı həyatakeçirilən dron hücumları ilə bağlı ciddi narahatlıq ifadə edib.Qeyd edilib ki, bu hücumlar nəticəsində hava limanı və məktəb dədaxil olmaqla mülki infrastruktur zədələnib, mülki şəxsləryaralanıb.

Nazir Bayramov, həmçinin moldovalı həmkarını Azərbaycan vəErmənistan arasında davam edən normallaşma və sülh prosesi barədəməlumatlandırıb.

Məqalədə:
Seçilən
38
3
az.trend.az

4Mənbələr