AZ

Azərbaycan ABŞ şirkəti ilə rəqəmsal transformasiya üzrə əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Azərbaycan və ABŞ-nin “Dell Technologies” şirkəti arasındarəqəmsal transformasiya sahəsində əməkdaşlıq imkanları müzakirəedilib.

Trend xəbərverir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev "X" hesabında paylaşım edib.

"Böyük Britaniyaya səfər çərçivəsində “Dell Technologies”şirkətinin Avropa,Yaxın Şərq və Afrika üzrə prezidenti EdrianMakdonald ilə görüşdük. Görüş zamanı Azərbaycan ilə “DellTechnologies” arasında rəqəmsal transformasiya, süni intellekt vəməlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanlarını müzakirəetdik. Həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süniintellekt imkanları barədə fikir mübadiləsi apardıq", - paylaşımdabildirilib.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad NəbiyevBöyük Britaniyaya səfəri çərçivəsində artıq bir sıra texnologiya vəinnovasiya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.Görüşlər zamanı rəqəmsal transformasiya, süni intellekt,kibertəhlükəsizlik və innovativ texnologiyalar sahələrində mümkünəməkdaşlıq istiqamətləri müzakirə olunub.

Məqalədə:
Seçilən
64
3
az.trend.az

6Mənbələr