“Real” yay transfer pəncərəsində heyətini gücləndirməyə hazırlaşır.
İdmanxeber.az xəbər verir ki, “kral klubu”nun əsas hədəfləri “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri və Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekdir.
Madrid təmsilçisinin bu iki transfer üçün təxminən 100 milyon avro ayırmağı planlaşdırdığı bildirilir.Digər mümkün transferlərin isə futbolçu satışlarından asılı olacağı qeyd olunur.