AZ

Ali məktəb və kolleclərə qeydiyyat bitdi: 1 dəqiqədə son 5 NƏFƏR...

Bu gün ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu bitdi.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasında) qəbul üçün ümumilikdə 133 389 abituriyent qeydiyyatdan keçib.

Qeyd edək ki, ərizə qəbulunun son dəqiqəsində 5 nəfər ərizəsini təsdiqləyib.

Seçilən
113
azedu.az

1Mənbələr