AZ

Deputat: İranın bu addımı ölkəmizə qarşı terror, acizlik, qorxaqlıqdır

Yazını böyüt
Yazını kiçilt

“İran tərəfinin Azərbaycan ərazisinə, o cümlədən Naxçıvan istiqamətində dron zərbəsi endirməsi bu ölkənin nankorluğunun və riyakarlığının göstəricisidir”.

Bunu Hafta.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. Qeyd edib ki, Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasına xüsusi önəm verib və qonşuluq dostluq prinsiplərinə sadiq qalıb. Hazırda İran beynəlxalq arenada müəyyən mənada təcrid olunmuş vəziyyətdə olsa da, Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə gedərək bu ölkənin Ali dini rəhbərinin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Deputat bildirib ki, bu addım Azərbaycanın humanist və konstruktiv mövqeyinin açıq ifadəsi idi:

“Buna baxmayaraq, İran humanizm prinsiplərini belə nəzərə almadan Azərbaycana qarşı hərbi təxribat törətdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç vaxt İrana qarşı istifadə olunmayıb və buna imkan verilməyib. İran tərəfinə dəfələrlə bildirilib ki, bundan sonra da Azərbaycan ərazisindən bu ölkəyə qarşı hər hansı addımın atılmasına icazə verilməyəcək”.

C.Məmmədov bildirib ki, Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib və hər zaman qonşularına dəstək göstərib:

“Hava limanı mülki vətəndaşların istifadə etdiyi bir obyektdir. Məhz buna görə də mülki infrastrukturu hədəfə almaq terror aktı kimi qiymətləndirilməlidir. İranın bu addımı ölkəmizə qarşı terror hadisəsi prinsipial mövqeyini ortaya qoyacaq. Təəssüf ki, İran Azərbaycanın ona göstərdiyi xoş niyyəti və dəstəyi qiymətləndirmədi və belə bir hərbi təxribat törətdi. Bu isə açıq şəkildə qonşuluq prinsiplərinə zidd olan addımdır”.

Seçilən
13
hafta.az

1Mənbələr