Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xalq artisti Aygün Kazımova bir neçə gün öncə anons etdiyi və səbrsizliklə gözlənilən “Karma” adlı yeni mahnısını təqdim edib.
Axşam.az xəbər verir ki, mahnı elə anonsu təqdim olunandan sosial platformalarda dinləyicilərin böyük marağına səbəb olub.
Bəstənin söz və musiqisi Pop kraliçanın bir neçə hitinin müəllifi olan reper Yap10-a məxsusdur. Super ulduz mahnını fərqli fotosessiya ilə birgə təqdim edib. Ölkənin əsas ulduzu fotosessiyada dark-glam, avanqart obraz yaradıb.
Aygün Kazımovanın obrazı üzərində dünyaca məşhur dizayner Rüfət İsmayıl çalışıb. Fotoların müəllifi isə fotoqraf Azər Cəfərdir.
Qeyd edək ki, “Karma” mahnısının seçilməsi təsadüfi deyil. Kazımova mahnını məhz karma ilinə uyğun bu formada adlandırıb.
Müğənninin yeni işi artıq onun rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımlanır.





Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.