AZ

Müharibəyə görə Çin maşınlarının istehsalı dayandırılır? Bu şirkətlər bağlana bilər

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son bir neçə ildə ən parlaq dövrünün yaşayan Çin avtomobillərinin ulduzu sönür. Küçələrdə addımbaşı gördüyümüz o rəngbərəng, "texnoloji möcüzə" sayılan maşınların gələcəyi hazırda Yaxın Şərqdəki barıt qoxulu xəbərlərdən asılı vəziyyətə düşüb. İranda alovlanan müharibənin közü bir bölgəni yox, həm də Çin zavodlarının çarxlarını dayandıra biləcək gücdədir. Çünki bu nəhəng istehsal maşınını hərəkətə gətirən əsas damarlardan biri məhz İran neftidir.Demokrat.az xəbər verir ki, Pekin illərdir enerji təhlükəsizliyini böyük ölçüdə Tehranla qurduğu strateji tərəfdaşlıq üzərində inşa edib. İndi İranın zəifləməsi və müharibədə iştirakı Çin zavodları üçün "enerji aclığı" yarada bilər. Əgər neft gəlməsə, həmin nəhəng konveyerlər yavaşlayacaq. Bu isə birbaşa cibimizə təsir edəcək. Çin maşınlarının ən böyük cazibəsi onların münasib qiyməti idi. Enerji bahalaşdıqca o ucuzluqdan əsər-əlamət qalmayacaq, maşınların maya dəyəri od tutub yanacaq.Çin avtomobillərinin qlobal bazarda sürətlə populyarlaşmasının əsas səbəbi isə məhz münasib qiymətlər idi. Bir çox ölkədə, o cümlədən Azərbaycanda Çin avtomobillərinin satışının artmasının səbəbi onların Avropa və ya Yapon markalarından xeyli ucuz olmasıdır. Lakin enerji və xammal bahalaşdıqca bu üstünlük tədricən zəifləyə bilər.Logistika baxımından da qeyri-müəyyən vəziyyət yaranıb. Müharibə şəraitində nə səma, nə də dəniz yolu əvvəlki kimi təhlükəsiz deyil. Hava və dəniz nəqliyyatının iflic olması ehtiyat hissələrinin daşınmasını qeyri-mümkün edir. Təsəvvür edin, yeni aldığınız maşının kiçik detalı üçün aylarla gözləməli olursunuz. Bu isə sözügedən avtomobillərə marağı kəskin azaldacaq.Hətta elektromobil həvəskarları üçün də vəziyyət ürəkaçan deyil. Bu maşınların ürəyi sayılan batareyaların istehsalı və daşınması da bu zəncirin bir hissəsidir. Regiondakı gərginlik ritmi pozur, hər gecikmə isə şirkətlər üçün milyonlarla dollar itki deməkdir. Çin indi çıxılmaz vəziyyətdədir, çünki illərdir qurduğu "Bir kəmər, bir yol" layihəsinin mühüm halqası olan İran hazırda çətin günlərini yaşayır.Hazırkı vəziyyətə görə Çin avtomobil şirkətlərinin kütləvi şəkildə bağlanacağı ehtimalı yüksək sayılmır. Lakin müharibənin uzanması və enerji-logistika problemlərinin dərinləşməsi bəzi şirkətləri ciddi çətinliklərlə üz-üzə qoya bilər. Xüsusilə kiçik və maliyyə baxımından zəif istehsalçılar risk altına düşə bilər.Çində avtomobil bazarı onsuz da çox rəqabətlidir. Son illərdə yüzlərlə yeni marka yaranıb və onların bir hissəsi artıq bazardan çəkilməyə başlayıb. Enerji qiymətlərinin artması və logistika xərclərinin bahalaşması belə şirkətlər üçün əlavə yük yarada bilər. Nəticədə bəzi markalar istehsalı azaltmağa, digərləri isə başqa şirkətlərlə birləşməyə məcbur qala bilər.Böyük istehsalçılar isə daha dayanıqlı mövqedədir. Məsələn, BYD, Geely, Chery və SAIC Motor kimi iri şirkətlər geniş maliyyə resurslarına və alternativ enerji tədarük kanallarına malikdir. Buna görə onların tam bağlanması real görünmür. Belə şirkətlər daha çox istehsal strategiyasını dəyişir, yeni bazarlar axtarır və xərcləri optimallaşdırmağa çalışır.Ən böyük risk isə yeni yaranmış elektromobil startapları üçün ola bilər. Bu şirkətlərin çoxu böyük investisiyalar hesabına fəaliyyət göstərir və xərclərin artması onların maliyyə dayanıqlığını zəiflədə bilər. Belə hallarda bəzi markaların bazardan çıxması və ya daha böyük şirkətlər tərəfindən alınması mümkündür.Görünən odur ki, Çin avtomobil sənayesi üçün "qızıl dövr" ciddi sınaqla üz-üzədir. Bu, sadəcə iki ölkə arasındakı münaqişə deyil, qlobal iqtisadiyyatın çarxlarının necə qırılmaqda olduğunun göstəricisidir. Bazarın yeni liderləri bu fırtınadan necə çıxacaq, bunu zaman göstərəcək. Amma bir reallıq var ki, o gözoxşayan maşınların sükanı arxasında əyləşmək artıq əvvəlki kimi asan və ucuz olmayacaq.Qısası, Çin avtomobil sənayesinin qarşısında duran bu sınaq təkcə iqtisadi rəqabət deyil, həm də dözümlülük məsələsidir. İranın müharibə burulğanına düşməsi Pekinin illərdir qurduğu enerji və logistika zəncirini hər an qıra bilər. Əgər zavodlar neft aclığı çəksə və gəmilər limanlarda hərəkətsiz qalsa, o çox təriflənən ucuz və əlçatan maşın dövrü tarixə qovuşacaq. İndi bütün dünya gözünü daxili bazarın bu çətinliklərə necə müqavimət göstərəcəyinə və Çin şirkətlərinin fırtınadan hansı itkilərlə çıxacağına dikib.İslam

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
demokrat.az

1Mənbələr