AZ

İranın dron zərbəsi nankorluğun və riyakarlığın göstəricisidir- ÖZƏL

"İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi nankorluğun və riyakarlığın göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Bu bir reallıqdır ki, mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Eyni zamanda bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu həmçinin regionda gərginliyin artmasına xidmət edən təxribat xarakterli adımdır. İran İslam Respublikası qısa müddət ərzində bu məsələyə aydınlıq gətirməlidir. Onlar izahat verməlidir və bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsi təmin olunmalıdır. Azərbaycan dövləti özünün sülh mövqeyinə sadiqdir və ölkəmiz hər zaman humanizm prinsiplərini əsas tutub. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib. Eyni zamanda ölkəmiz hər zaman dar gündə həmişə qonşularına dəstək olub. İrana da ölkəmizdən humanitar yardımın göndərilməsi planlaşdırılırdı. Məhz belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf alması dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı oldu. Təbii ki, bu ölkəmizə qarşı açıq təxribat cəhdidir və cavabsız qalmayacağına da hər kəs əmindir. Azərbaycana hücum edənlər həmişə peşman olublar. İran tərəfi də bu qorxaq əməlinə görə cavab verəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
olaylar.az

1Mənbələr