AZ

İtaliya millisinin üzvü karyerasını bitirdi

"Milan"ın və İtaliya millisinin keçmiş oyunçusu Cakomo Bonaventura futbolçu karyerasını başa vurduğunu rəsmən elan edib.

Fanat.Az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabı üzərindən vida paylaşımı edərək məlumat yayıb. 
 
Bonaventura 2025-ci ilin yayında "Əl-Şəbab"dan ayrıldıqdan sonra azad agent idi.

O, karyerasının böyük hissəsini "Milan"da keçirib və orada 184 oyuna çıxıb, 35 qol vurub, 30 məhsuldar ötürmə edib.

Cakomo həmçinin "Atalanta", "Padova" və "Fiorentina" kimi klublarda da oynayıb. O, İtaliya millisində 18 oyun keçirib və bir qol vurub.

Seçilən
90
fanat.az

1Mənbələr