AZ

Oval Ofisdə qeyri adi mənzərə

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ, İsrail və İran arasında müharibə gərginliyinin pik həddə çatdığı dövrdə Ağ Evdən yayılan görüntülər müzakirələrə səbəb olub. ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə dini liderləri qəbul edərək onlarla birlikdə dua mərasiminə qatılıb. Görüş zamanı din xadimləri Trampın çətin dövrdə ölkəyə rəhbərlik edə bilməsi üçün tanrıdan kömək və mühafizə diləyiblər.Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan bu videoya istifadəçilər tərəfindən minlərlə rəy gəlib. Paylaşımların əksəriyyətində insanlar Trampın vəziyyətinin artıq dualara qaldığını qeyd edərək "Trampın işi keşişlərin duasına ümid bağlamaqdır" kimi şərhlər yazıblar.Dini liderlər prezidentin ətrafına toplaşaraq həm onun, həm də ABŞ-nin gələcəyi üçün dualar oxuyublar. Mərasimdə Trampın qərar qəbul edərkən ilahi müdrikliyə ehtiyacı olduğu vurğulanıb. Eyni zamanda hazırda xidmətdə olan amerikalı hərbçilərin də qorunması üçün diləklər səsləndirilib.Dualar zamanı ABŞ-nin birlik, azadlıq və ədalət içində idarə olunması arzulanıb. Din xadimləri Trampın bu böyük dövlətə liderlik etmək üçün lazımi gücü tapmasını təmənnni ediblər. Görüşün sonunda prezidentin üzərində xüsusi xeyir-duanın olması arzulanıb.Sözügedən görüntülər qısa müddətdə qlobal mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.İslam

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
demokrat.az

1Mənbələr