AZ

İranda əhalini 40 faizi yoxsulluq həddində yaşayır

"Azərbaycanın mehriban qonşuluq siyasəti müqabilində İranın nankor və riyakar davranışı təəssüf doğurmaqla yanaşı, bir sıra mühüm sualları gündəmə gətrir. Molla rejiminin belə riyakar siyasəti İrana nə verir?"

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, qonşular ilə zidiyyət formatını seçən İranın böyük enerji ehtiyatlarına malik olmasına baxmayaraq, ölkə hələ də aşağı-orta gəlirli ölkələr sırasındadır:

"Dünya Bankının hesabatına əsasən, İranda əhalini 40 faizi yoxsulluq həddində yaşayır. Enerji ölkəsi olmasına rəğmən fiskal kəsir ÜDM-in 4 faizindən çoxdur. Dünyada 33 trilyon kubmetr qaz ehtiyatları həcmi ilə ikinci, 280 milyard barrel neft rezervləri ilə isə üçüncü yerdə qərarlaşan İranda adambaşına düşən ÜDM cəmi 4250 dollardır. Yoxsulluq və eləcə də bərabərsizlik səviyyəsinin kifayət qədər yüksək olduğunu nəzərə alsaq, İranda sadə vətəndaşların qazanclarının nə qədər az olduğunu təssəvür etmək çətin olmaz.

Dünyada enerji ehtiyatlarına görə ilk üçlükdə olan İran adambaşına düşən milli gəlir səviyyəsinə görə 131-cidir. Bu müqayisə də İranda sosial-iqtisadi vəziyyətin necə acınacaqlı olduğunu göstərir. İranda son illər baş verən etirazların əsas tələbi molla rejiminin riyakar siyasətindən inkişaf trayektoriyasına keçid ilə bağlı idi. Bunun üçün isə Tehranın davranışda fundamental dəyişikliklərə ehtiyac var".

Seçilən
22
3
unikal.az

4Mənbələr