Azərbaycan Basketbol Liqasında (ABL) XVIII turun növbəti görüşü bu gün baş tutacaq.
Offsideplus.az xəbər verir ki, "Naxçıvan" "Lənkəran"la üz-üzə gələcək.
Görüş Sərhədçi İdman Mərkəzində baş tutacaq və saat 20:00-da başlayacaq.
"Naxçıvan" B qrupunda 2-ci, "Lənkəran" isə sonuncu - 6-cı yerdədir.