AZ

Nottinqem Forest idman direktorunun baza və stadiona girişinə qadağa qoydu

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Braziliyalı menecer Edu Qaspar "Nottinqem Forest"in idman direktoru postundan qovulub. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. 

Mənbənin sözlərinə görə, Eduya komandanın məşq bazasına və ev oyunlarını keçidirdiyi stadiona girişi qadağan edilib. 

"Arsenal"da çalışdığı dönəmdə uğurlu funksioner kimi tanınan Edu 2025-ci ilin yayında "Nottingem Forest"dən təklif alıb. Klubda olduğu 8 aylıq müddətdə braziliyalı 4 məşqçi ilə işləyib. Mövsümə Nuno Espirito Santo ilə başlayan komanda ardınca Angelos Postekoglu, Son Dayçi "sükan arxasına" dəvət edib. Hazırda isə baş məşqçi Vitor Pereyradır. Bu müddət ərzində transferlərə təxminən 200 milyon funt sterlinq (232,4 milyon avro) xərclənsə də, nəticələr məyusedicidir.

Qeyd edək ki, hazırda aktivində 28 xal olan "Nottingem Forest" turnir cədvəlində 17-ci pillədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
sport24.az

1Mənbələr