Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Gəncə Dövlət Universitetində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra idman sahəsində əldə edilən uğurlara həsr olunmuş videoçarx nümayiş etdirilib.
Rektorun baş müşaviri Asif Cavadov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan idmanın geniş vüsətlə inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınaraq maddi-texniki bazanın yaradılması üçün böyük işlər görülmüşdü. Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində artıq Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.
Gəncə Dövlət Universiteti İdman klubunun sədri, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov ali təhsil ocağının idman sahəsində qazandığı uğurlarından bəhs edib, universitetdə yüksək dərəcəli idmançıların hazırlanmasında GDU İdman Klubunun rolundan danışıb. Xəqani Umudov diqqətə çatdırıb ki, Gəncə Dövlət Universitetində başqa sahələrdə olduğu kimi, idman sahəsi də rəhbərlik tərəfindən diqqət və qayğı ilə əhatə olunur. İdman Klubunun tərkibində 10 idman növü üzrə 15-dən artıq komanda mövcuddur. Həmin komandalar universiteti beynəlxalq və respublika yarışlarında layiqincə təmsil edirlər.
Tədbirin sonunda bir qrup universitet əməkdaşı və tələbələr idman sahəsində əldə etdikləri nailiyyətlərə görə fəxri fərman, kubok və medal ilə təltif olunublar.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.