Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və SOCAR nümayəndə heyəti Kot-d’İvuarın rəsmiləri ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Banker.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayır.
Görüşlərdə xüsusilə Baleine neft-qaz yatağının işlənməsi layihəsində SOCAR-ın 10% pay alması, layihənin inkişaf mərhələləri və hasilat imkanları barədə fikir mübadiləsi aparılıb.
Layihənin SOCAR-ın Afrikadakı fəaliyyətini genişləndirməsi və beynəlxalq enerji bazarında mövqeyini gücləndirməsi baxımından strateji əhəmiyyət daşıdığı vurğulanıb.