Bakı. Trend:
Xorvatiyanın "Energia Naturalis d.o.o" şirkəti AzərbaycanRespublikası Energetika Nazirliyi yanında Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyi (BOEMDA) ilə bərpa olunan enerjisahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunundetallarını açıqlayıb.
Şirkətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, AnlaşmaMemorandumu ilkin 12 aylıq müddət üçün əməkdaşlıq çərçivəsinimüəyyən edir. Vurğulanıb ki, bu müddət ərzində əsas diqqət birgəqiymətləndirmə fəaliyyətlərinə, təcrübə mübadiləsinə və bərpaolunan enerji mənbələrinə gələcək investisiyaları dəstəkləyəbiləcək şərtlərin hazırlanmasına yönələcək.
Qeyd edilib ki, memoranduma əsasən, BOEMDA və ENNA Azərbaycanınbərpa olunan enerji sektorunda mövcud imkanların qiymətləndirilməsivə iqtisadi cəhətdən səmərəli investisiyalar üçün zəruri əsasşərtlərin müəyyən edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.Vurğulanıb ki, bu əməkdaşlıq xüsusilə bərpa olunan enerjilayihələrinə, o cümlədən günəş elektrik stansiyaları və küləkelektrik stansiyalarına yönələcək.
“Əməkdaşlıq çərçivəsində BOEMDA, müvafiq Azərbaycan enerjiqurumları və ENNA nümayəndələrindən ibarət Birgə Rəhbər Komitəsininyaradılması nəzərdə tutulur. Bu komitə Memorandum çərçivəsindəhəyata keçirilən fəaliyyətləri istiqamətləndirəcək, nəzarət edəcəkvə qərarları qarşılıqlı razılıq əsasında qəbul edəcək.
Bu Anlaşma Memorandumu “ENNA Group”un Enerji bölməsininbeynəlxalq genişlənməsində mühüm addım olmaqla yanaşı, şirkətinxarici bazarlardakı mövqeyinin gücləndirilməsi baxımındanəhəmiyyətli mərhələ hesab olunur. Memorandumun imzalanması ilə ENNAAzərbaycanın bərpa olunan enerji layihələrinə potensialinvestisiyalara gətirib çıxara biləcək əməkdaşlıq çərçivəsini əldəedən ilk Xorvatiya şirkəti və ilk Avropa şirkətlərindən biri olub.Bu investisiyalar əlavə qiymətləndirmələr və müvafiq təsdiqlərdənasılı olacaq”, - məlumatda qeyd edilib.
Cavid Abdullayev bildirib ki, Xorvatiyanın "Energia Naturalisd.o.o" şirkəti ilə imzalanan Anlaşma Memorandumu ilə bərpa olunanenerji sahəsində mümkün əməkdaşlıqla bağlı təhlillərin aparılmasıvə mümkün layihə istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdətutulur: "Bu, Xorvatiyanın kifayət qədər nüfuzlu və geniş portfeləmalik olan şirkətidir. O, yalnız bərpa olunan enerji sahəsindəfəaliyyət göstərmir. Ona görə də belə hesab edirik ki, bizim istərbərpa olunan enerji mənbələrinin ərazilərinin Azərbaycandadiversifikasiyası, istər işlədiyimiz şirkətlərin coğrafiyasınındiversifikasiyası ciddi rəqabət yaratmağa və son nəticədə ölkəmizüçün ən sərfəli kommersiya şərtlərinə nail olmağa dəstəkverəcək".
“ENNA Group”un baş icraçı direktoru Boştjan Napast isə qeydedib:
“Bu Anlaşma Memorandumu ENNA Group üçün beynəlxalq bazarlardairəliyə doğru böyük addımdır və uzunmüddətli, keyfiyyətlitərəfdaşlıqlar vasitəsilə enerji keçidinə töhfə vermək ambisiyamızıtəsdiqləyir. Azərbaycanda bərpa olunan enerji layihələrində iştirakimkanları nadir və strateji əhəmiyyətə malikdir. Etibarlı tərəfdaşkimi tanınmağımızdan qürur duyuruq və Energetika Nazirliyi iləbirlikdə dayanıqlı və kommersiya baxımından əsaslandırılmışlayihələrin potensialını qiymətləndirməyi səbirsizlikləgözləyirik”.
Qeyd edək ki, bu il martın 3-də Azərbaycan RespublikasıEnergetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri DövlətAgentliyi (BOEMDA) və Xorvatiyanın "Energia Naturalis d.o.o"şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dairAnlaşma Memorandumu imzalanıb. Memorandum Bakıda keçirilən CənubQaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və YaşılEnerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsindəimzalanıb.
Anlaşma Memorandumunu Energetika Nazirliyi yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və"Energia Naturalis d.o.o" şirkətinin İdarə Heyətinin sədri BoştjanNapast imzalayıblar.