AZ

Pezeşkian: Kürd xalqı İranın yanındadır

Pezeşkian bildirib ki, kürdlər İranın yanındadır.

İnterpress.az xəbər verir ki, bu barədə İranın rəsmi mənbələri məlumat yayıb.

İran Prezidenti Məsud Pezeşkian ölkədəki kürd icmasına müraciət edərək onlara təşəkkürünü bildirib.

Dövlət başçısı bu tarixi günlərdə İranın yanında duran “Kürdüstanın cəsur və dürüst xalqına” minnətdarlığını ifadə edib.

Bununla yanaşı, Pezeşkian daxili təhlükəsizlik məsələlərinə də toxunub. O vurğulayıb ki, vilayət valiləri və təhlükəsizliyə cavabdeh olan silahlı qüvvələr istənilən separatçı hərəkata qarşı qətiyyətlə mübarizə aparmağa borcludurlar.

Prezidentin sözlərinə görə, ölkənin milli birliyini sarsıtmağa çalışan bütün cəhdlərin qarşısı sərt şəkildə alınmalıdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
109
interpress.az

1Mənbələr