Fransa kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları məlum olub.
QOL.az xəbər verir ki, 1/4 finalın son matçında “Lion” “Lans”la qarşılaşıb. Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə “Lans” 5:4 hesablı qələbə qazanıb və yarımfinala yüksəlib.
Daha əvvəl turnirdə “Strasburq”, “Nitsa” və “Tuluza” 1/2 finala adlayıb.
Yarımfinal mərhələsinin cütləri belədir:
“Strasburq” – “Nitsa”
“Lans” – “Tuluza”