AZ

Sığorta şirkəti 2025 ci ili 1 milyon 750 min manat xalis mənfəət ilə başa vurub

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"AzSığorta" ASC 2025-ci ili 1 milyon 750 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 1 milyon 694 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja.az xəbər verir ki, ötən il Şirkətin cəmi əməliyyat gəlirləri 13 milyon 313 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 69 min manat, maliyyə mənfəəti 2 milyon 245 min manat təşkil edib. Şirkət maliyyə mənfəətindən 494 min manat mənfəət vergisi ödəyib.

2025-ci ildə "AzSığorta"nın topladığı birbaşa sığorta üzrə sığorta haqları 7 milyon 830 min manat, sığorta ödənişləri 1 milyon 836 min manat təşkil edib. 

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə "AzSığorta" cəmi əməliyyat gəlirləri 13 milyon 33 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 874 min manat, maliyyə mənfəəti 2 milyon 159 min manat təşkil etmişdi. 

İş elanları AzVak.az-da

“AZSIĞORTA” ASC-nin  31 dekabr 2025-ci il tarixinə mühasibat balansı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
marja.az

2Mənbələr